1415 xəbərlə Qafqaz Universiteti mənfi xəbərlər arasında daha çox yer alıb
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi universitetlərlə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10885 xəbər yerləşdirilib. Bunlardan 532 xəbər mənfi, 62 xəbər müsbət və 10291 xəbər isə neytraldır.
Mənfi xəbərlər arasında liderlər:
Qafqaz Universiteti (429 xəbər – universitetin bağlanması), Dövlət İqtisad Universiteti (30 xəbər – rüşvət qalmaqalı), Azərbaycan Müəllimlər İnstitutu (20 xəbər – universitetdə olan dəhşətli saxtakarlıq).
Müsbət xəbərlər arasında isə Azərbaycan Kooperasiya Universiteti (17 xəbər – rektorun BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin Avropa Xidməti Ordeni ilə təltif edilməsi) liderdir.
Xəbər sayına görə sıralama:
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1265 xəbər dərc edilib. Bu xəbərlərdən 1241-i neytral, 24-ü isə mənfi xəbərlərdir.
Mənfi xəbərlər Qafqaz Universiteti (22 xəbər – universitetin bağlanması), Bakı Slavyan Universiteti (1 xəbər – universitetdə metamarfoza) və Dövlət İqtisad Universitetinə (1 xəbər – rüşvət qalmaqalı) məxsusdur.
İyul ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər verilməyib.
Xəbər sayına görə sıralama:
İyul ayında televiziya kanallarında universitetlər haqqında 196 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
Radio kanallarında iyul ayında bu sektorla əlaqəli 44 xəbər oxunub.
Xəbər sayına görə sıralama: