Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümimmilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabı Qırğızıstanda nəşr edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, kitab türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyevdir.
Kitabda Azərbaycanın dostları haqda məqalələr yer alıb. Kitabı Mukan Asanaliyev tərcümə edib. "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kıtabının qırğız dilindəki nəşrini bu linkdən əldə etmək olar. http://www.nazarnews.kg/news/23145