Qadın-kişi əlaqələrindəki tez-tez rastlanan problemlərdən biri də yalnış kişilərə aşiq olmaqlarıdır.
Bəzi qadınlar bu səhvi bir dəfə yaşasalar da, bəziləri təcrübələrindən nəticə çıxarmayaraq, bunu təkrarlayaraq daha çox əziyyət çəkirlər. Onlar ümumiyyətlə çox xoşbəxt ola biləcəkləri halda, karyerası son dərəcə yolunda, yaxşı bir ictimai həyatı və hobbiləri, fərqli maraq dairələri olsa da, romantik həyatlarında və eşq həyatlarında həmişə bədbəxt olan qadınlardır. Bu kimi qadınlaranümunə kimi məhz məşhurları göstərmək olar. Dünyada məşhur olsalar, hamının qibtə etdikləri olsalar da sevgini tapmaqda o qədər də uğurlu hesab edilməyənlər az deyildir. Bunun səbəbi şanssızlıqdır, yoxsa ki hamının yol verdiyi ortaq səhvlər vardır? Bir çoxları birinci variantı seçsələr də əslində ikinci variant daha doğrudur.
Aktual.az Qadınklubu.com-a istinadən sizlərə məhz səhv kişilərə aşiq olan qadınların yol verdikləri səhvlərin bəzilərini araşdıraraq təqdim edir.
Qadınların gücdən xoşlandıqları deyilir, amma bəzi qadınların ən böyük ortaq səhvi əslində zəif xarakterli və problemli kişilərə doğru diqqətlərinin yönəlməsi və bir dəfə aşiq olduqdan sonra kişinin ciddi qüsurlarını görsələr də onu dəyişdirə biləcəklərini düşünürlər.
Əslində yeni tanış olduğunuz sevgiliniz doğru kişi olub-olmadığını anlamaq o qədər də çətin deyil. Yalnız diqqət edilməli olan bəzi qaydalar vardır. Məsələn “Əgər qız rəfiqəsi varsa və ya evlidirsə, uzunmüddətli bir əlaqədən yeni çıxıbsa, köhnə əlaqəsində və ya əlaqələrində sevgilisini aldatdısa, həyatdan və ya bir münasibətdən nə istədiyini bilmirsə, yetkin deyilsə, duyğularını və ehtiyaclarını ifadə etməkdə yaxşı deyilsə, ümumiyyətlə həyatından məmnun deyil və bunu dəyişdirmək üçün bir səy göstərmirsə o səhv adamdır”ınız?
Çox sadə, ilk olaraq davamlı özündən bəhs edən və sizinlə həqiqətən maraqlanmayan, həyatında başqa biri olduğunu düşündürəcək davranışları olan və ya bunu açıq söyləyən, sizə dəyər vermədiyini və ən əhəmiyyətlisi məsuliyyətsiz olduğunu hiss etdirən kişi səhv kişidir.
Hər bir qadının birinə güvənməyə ehtiyacı var, bu bəzən yanlış adam da olsa qadınlar onun qüsurlarını görməməyə çalışmaqda ustadırlar. Xüsusilə də əlaqələrinin başlanğıcındakı ilk zamanlarda. Bundan əlavə də səbəblər vardır. Məsələn, özünüzə güvəniniz tam olmaya bilər, fərqində olmadan və hər hansı bir səbəbdən ötəri sevilməyə, daha yaxşı bir kişiyə layiq olmadığınızı da düşünür ola bilərsiniz. Nəticədə bir tipə bağlı qalaraq , naəlaclıqdan həmişə bir-birinə bənzəyən kişilərlə maraqlanır ola bilərsiniz.
– Hər şeydən əvvəl əlaqələrinizin səbəb həmişə bitdiyini və niyə davamlı sizi bədbəxt edəcək kişiləri seçdiyinizə anlamalısınız. Bu mövzuda kömək almaqdan da çəkinməyin.
– Yaxın yoldaşlarınızla bu mövzunu müzakirə edin. Ən əsası münasibətlər mövzusunda sizə köməkçi olacaq kitablar oxuyun.
– Bir psixoloqa müraciət etmək də faydalı ola bilər. Bu şəkildə səhv etdiyiniz meyarı kəşf edərək, o davranışınızı dəyişdirə bilərsiniz.
– Hər qəlibləşmiş davranış və düşüncə şəklini dəyişəndə olduğu kimi, bu problemdə də ilk başda çətinlik çəkə bilərsiniz. Lakin bir az dəstək almaqla bunu bacarmaq mümkündür. Sizə lazım olan özünüzü sizə pis davranan və ya sizi bədbəxt edən bir kişidən daha yaxşısına layiq olduğunuza inandırmaqdır.
– Mütəxəssislərə görə ana və atalarımızın arasındakı əlaqələr və davranış formaları, əlaqələrimizi və seçimlərimizə də təsir edir. Məsələn, atanız siz kiçikkən qumar oynayır və ailənin pulunu xərcləyir, ananızın da həmişə buna görə görə dərdli idi.
Problemli bir əlaqəni nizama salma müddətində tək ehtiyacınız olan meyar , özünüzü sizə pis davranan və ya sizi bədbəxt edən bir kişidən daha yaxşısına layiq olduğunuza inandırmaq. Fiziki və ruhi sağlamlığınıza diqqət göstərməyiniz də güclü olmağızı təmin edəcək.
İndi sevgilinizə diqqət yetirin. Davamlı böyük risklər almaqdan xoşlanan bir xarakteri varmı? Çox tez-tez iş dəyişdirib, karyerasını davamlı təhlükəyə atırmı? Əgərelədirsə və siz hələ də onunla münasibəti davam etdirisinizsə, bir problem vardır deməkdir. Bəlkə də siz, uşaqlığınızda atanızın qumar vərdişini dəyişdirə bilmədiyiniz üçün indi eyni xarakterdə başqa bir kişini dəyişdirməyə çalışaraq özünüzü rahatlaşdırmağa, bir mənada içinizdəki uşağı müalicə etməyə çalışır ola bilərsiniz. Hətta köhnə münasibətlərinizdəki sevgililərinizin də bir-birlərinə bənzəməsi də müəyyən yollarla özlərini riskə atmaqdan xoşlandıqlarını müşahidə edə bilərsiniz. Bunu anladığınız anda artıq bu vəziyyəti dəyişdirmənin zamanı gəlmiş deməkdir.
Bəlkə də bütün bu söylədiklərimizin sanki eşqlə heç bir əlaqəsinin olmadığını düşünürsünüz. Amma tam tərsinə. Eşq insanın həqiqətən də gözlərini kor edən, romantik və kimyəvi bütün tarazlığımızı dəyişdirən dünyanın ən gözəl və həyəcan verici duyğusudur. Hər nə qədər müasir bir çağda yaşasaq da eşq, sevgi və ehtiras hər şeyə baxmayaraq var. Bəlkə də qadınlar olaraq diqqət etməmiz lazım olan ən əhəmiyyətli şey, eşqi və ehtirası yaşayarkən özümüzü, nə qədər qiymətli olduğumuzu unutmamaq.
Eşq hər nə qədər özündən başqa birini-sevdiyini ucaltmaq və sevməklə əlaqədar olsa da, sırf həqiqi eşqi tapacağam deyə səhv seçkilər etməmək lazımdır. Sizin onu xoşbəxt etdiyiniz kimi, size də xoşbəxt edə bilən və sevən, ortaq maraq sahələrinizin olduğu, məsuliyyət ala bilən bir kişi ilə bu sonsuz uğursuzluq kimi qiymətləndirdiyiniz səhv seçimlərinizin qarşısını ala bilərsiniz. Yalnız yuxarıda bəhs etdiyimiz nöqtələrə diqqət etməyi unutmayın.