Qadınlar sirr verməyi də, dinləməyi də sevirlər. Amma aparılan araşdırmalar göstərir ki, qadınlar iki gündən artıq sirr saxlaya bilmirlər.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 18 və 65 yaş arasında 3000 qadın üzərində neçə gün sirr saxlaya bilməsi ilə bağlı araşdırma aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, qadınlar ən çox 48 saat sirr saxlaya bilirlər.
Sirr məsələsində içkinin də rolu var. Belə ki, içki içən qadınlar sirlərini həmin an yanında olan hər hansı bir yoldaşına, hətta tanımadığı yad adama belə etiraf edə bilərlər.
Qeyd edək ki, qadınlar heç kimin bilmədiyi yeni xəbər eşidən kimi onu həyat yoldaşı, sevgilisi, rəfiqəsi və ya anası ilə paylaşırlar.
Maraqlısı odur ki, aparılan araşdırmada qadınların yalnız dörddə birinin sirr saxlaya bildiyi məlum olub. Bu qadınlar hətta ertəsi gün onlara deyilən sirri xatırlamadığını bildiriblər.
Aktual.az
Xəbər 810 dəfə oxunub.