Avstraliyanın yeni hökumətinin rəhbəri Malkolm Tyonbul kabinetin tərkibini açıqlayıb.
Aktual.az Axar.az-a istinadən xəbər verir ki, yeni kabinetdə 5 qadın yer alıb. Ölkə tarixində ilk dəfə olaraq Müdafiə Nazirliyinə bir qadın rəhbərlik edəcək. Bu posta Yeni Cənubi Uels ştatının senatoru Maris Peyn gətirilib.
Culiya Bişop xarici işlər, Syuzan Ley səhiyyə, Kelli Oduayer kiçik biznes işləri üzrə, Mikelia Keş isə qadın məsələləri üzrə nazir vəzifəsinə təyin olunub.
Yeni kabinet üzvlərinin andiçmə mərasimi sabah keçiriləcək.