Qadının şəklini internetdə yaymaqla hədələməkdə təqsirləndirilən Elşən Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, E.Kazımov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən E.Kazımov Fəridə adlı xanıma aid 9 ədəd çılpaq fotoşəkil əldə edib. O, bu fotoları sosial şəbəkələrdə yayacağını deyərək, zərərçəkmişdən 150 sonra isə 100 manat pul alıb. Qadının şikayətindən sonra həbs edilən E. Kazımov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Aktual.az
Xəbər 623 dəfə oxunub.