Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Əhməd Əhmədzadə və Bəxtiyar Hüseynov tutulublar.
Aktual.az DİN-in saytına istinadən xəbər verir ki, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bu il fevralın 29-da rayon sakini Dilbər Əliyevaya məxsus evdən 1800 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Əhməd Əhmədzadə və Bəxtiyar Hüseynov həbs ediliblər.