Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən "Bakı Mərkəzi Bazar" MMC-nin balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızı özünü yandırıb. 36 yaşlı qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də, buna nail ola bilməyiblər. X.İmanova bazardaca yanaraq ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.