Qadın yemək bişirərkən ocağda yandı - Salyanda

Qadın yemək bişirərkən ocağda yandı   - Salyanda

Salyan rayonunda qadın ocaqda yanıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Alçalı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Sənəm Ələsgər qızı Əhədova həyətdə ocaq qalayarkən ehtiyatsızlıq edib. Benzini ocağa tökən zaman alov onu tutub. 

Qadın yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR