Qadın sürücü generalın qızı çıxdı, yol polisi üzr istədi – VİDEO

Qadın sürücü generalın qızı çıxdı, yol polisi üzr istədi   – VİDEO

Sən demə, vəzifəli şəxslərə cərimə yazmamaq təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də rast gəlinən haldır.

Rusiyada hazırlanan bu videoçarx sosial şəbəkələrdə maraqla qarşılanıb. Avtosfer.az-ın məlumatına görə, «Porcshe» markalı avtomobili saxlayan yol polisi sürücüyə nömrələrin çirkli olmasını irad tutur. Sürücü isə bildirir ki, qarşıdakı avtoyuma məntəqəsində maşını yudurdub problemi həll edəcək. Lakin yol polisi bununla razılaşmır və cərimə yazacağını bildirir. Bu zaman avtomobildə əyləşmiş gənc xanım polis serjantını yanına çağırır və özünü vəzifəli şəxs kimi təqdim edərək komandiri çağırmağı tələb edir. Komandir gəldikdə isə qız sənədini təqdim edərək general qızı olduğunu bildirir. Dərhal özünü qaydaya salan komandir sənədləri sürücüyə və xanıma qaytararaq onları yola salmaq istəyir. Lakin xanım əl çəkmir və bildirir ki, onları saxlayan serjant maşının nömrələrini yuyub təmizləməlidir. Komandirin əmri ilə serjant həmin maşının nömrələrini yuyub təmizlədikdən sonra avtomobil oradan uzaqlaşır.

// Aktual.az

Xəbər 15724 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR