Qobustan rayonunda qadın sürücü avtomobilini aşırıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistralının Qobustan rayonu ərazisindən keçən hissində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ülviyyə Rəhim qızı Mirzəliyeva idarə etdiyi avtomobillə hərətkədə olarkən idarəetməni itirib və avtomobili yolun kənarına aşırıb. Hadisə nəticəsində qadın sürücü ağır bədən xəsarətləri alıb.
Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aktual.az
Xəbər 529 dəfə oxunub.