Dekabrın 15-də saat 13 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi "BMW” markalı avtomobili yol ayırıcısına vurub.
DİN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Aktual.az
Xəbər 755 dəfə oxunub.