Bakıda qadın sürücü ağır yol qəzası törədib.
Aktual.az Reporta-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Belə ki, 32 yaşlı Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçmək istəyən 4 piyadanı vurub.
Piyadalar - Rüfət Muradov, Səriqqə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməz Abdullayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.