Qadın sonsuzluğunu doğuran əsas səbəb – VİDEO

Qadın sonsuzluğunu doğuran əsas səbəb  – VİDEO

İlahə Quliyeva: “Yumurtalıqların polikistik sindromunu funksional kistalar ilə qarışıq salmaq olmaz”

“Qadın sonsuzluğunun əsas səbəblərindən biri yumurtalıqların polikistik sindromudur. Yumurtalıqların polikistik sindromu qadın sonsuzluğunun yarıya qədərini təşkil edir”.

Bu sözləri Aktual.az-a danışan Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnsitutunun mama-ginekoloqu, Fransa təhsilli mama-ginekoloq İlahə Quliyeva söyləyib.

Onun sözlərinə görə, polikistik sindrom laborator analizlərdə hormonal simptomlarla özünü biruzə verir:

Akne ( yəni üzdə və kürəkdə, qolda səpkilər), tüklənmə, aybaşı pozğunluğu, saç tökülməsi, piylənmə və çəkinin proqressivləşən artımı

• Yumurtalıqların polikistik sindromu funksional kistalar ilə qarışıq salmaq olmaz, bunlar fərqli xəstəliklərdir!

• Funksional kistalar tərkibi mayeli möhtəviyyatla dolu kiçik bir torbaya uyğundur. Bu tipli kistalar xoşxassəlidir və heç bir müalicə aparılmadan geriyə sorulur, yox olur. Amma yumurtalıqların polikistik sindromu xroniki xəstəlik olub, hormonal balansın pozulması ilə müşaiyət olunur. Bu çox rast gəlinən bir xəstəlikdir və sonsuzluğun 50 faizi bu xəstəliklə izah edilir. Bu sindrom sonsuzluq, aybaşı pozğunluğu, saç tökülməsi, akne (üzdə səpkilərin olması), tüklənmə ilə təzahür edir.

• Yumurtalıqların polikistik sindromu diaqnozu nə zaman qoyulur?

Androgenlərin (kişi cinsi hormonların) səviyyəsi qanda yüksələndə və kliniki əlamətlərin olması (sonsuzluq, saç tökülməsi, akne, tüklənmə)

Aybaşı gecikmələri ( aybaşı tsiklinin 1 ildə 8-dən az olması) və ya heç olmaması

Ultrasəs müayinəsində polikistik yumurtalıqlar: ən azı 1 yumurtalıqda sayı 12-dən çox və ölçüsü 2 mm-dən 9 mm-dək kistaların olması (Rotterdam Konsensusu,2003)

• Yumurtalıqların polikistik sindromu kardiovaskulyar risklə müşahidə olunur!

Yumurtalıqların polikistik sindromu zamanı əksər hallarda insulinə rezistentlik müşahidə olunur ki, bu da öz növbəsində piylənmə, arterial hipertenziya, diabet və ürək-damar xəstəliklərinin bu sindromla yanaşı yaranmasını izah edir.

Qeyd etməliyəm ki, piylənmə insulinə rezistentliyin səbəbi deyil, onun nəticəsidir.

• Yumurtalıqların polikistik sindromunun müalicəsi necədir?

Piylənmə olan hallarda ilk növbədə insulinə rezistentliyi azaldan dietik qidalanma və fiziki aktivlik xəstələrə tövsiyyə olunmalıdır.

Tüklənmə, akne (üzdə səpkilərin olması), aybaşı pozğunluğu olduqda yumurtalıqları blokada edən preparatlar təyin olunmalıdır (estroprogestativ kontraseptivlər və siproteron turşusu).

Sonsuzluq varsa və hamiləlik arzulanırsa, müalicə xəstələrdə müxtəlif üsullarla aparıla bilər. Xəstənin yaşından, aybaşı tsiklinin tezliyindən, yumurtalıqların vəziyyətindən və s.-dən asılı olaraq müalicə taktikası dərmanlarla yumurtalıqların stimulyasiyasından laparoskopik cərrahi müdaxiləyə kimi dəyişə bilər.

Xatırladaq ki, Dr. İlahə Quliyeva Fransanın Lyon şəhərində yerləşən “Qadın, ana, uşaq” Mərkəzi Xəstəxanasında çalışıb. Fransanın Mama-Ginekoloqlar Cəmiyyətinin üzvüdür.

Dünyaca məşhur olan CİCE-də laparoskopik ginekologiya üzrə xüsusi diploma layiq görülüb. Birportlu laparoskopik ginekoloji əməliyyatları Azərbaycanda uğurla həyata keçirən azsaylı mütəxəssislərdən biridir.

Dr. İlahə Quliyeva müraciət etmək istəyənlər:

Tel: 050 365 80 90

// Aktual.az

Xəbər 13907 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR