Qaxda bir ay əvvəl qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadın xəstəxanada ölüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayonu Zəyəm kənd sakini, 1993-cü il təvəllüdlü Fildurə Vahid qızı Novruzlu iyulun 6-sı səhər saat 10 radələrində ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub. 25 yaşlı Fildurə Novruzlu axşam saat 17 radələrində reanimasiya şöbəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az Xəbər 552 dəfə oxunub.