Qadın ölümündən öncə 950 min avronu doğrayıb

Qadın ölümündən öncə 950 min avronu doğrayıb
  • DÜNYA

Xırda hissələrə ayrılmış əskinaslar onun yatağında tapılıb.

85 yaşlı avstriyalı qadın ölümündən öncə öz qohumlarını mirasdan məhrum edib. O, qohumlarına vəsiyyət edilmiş 950 min avronu kiçik hissələrə parçalayıb, The Local məlumat yayıb.

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan yaşlı qadın keçən həftə Avstriyada qocalar evində vəfat edib. Xırda hissələrə ayrılmış əskinaslar onun yatağında tapılıb.

Prokuror Erix Habits bəyan edib ki, baş verənlərdə cinayət tərkibi yoxdur, belə ki, pulları sahibənin özü məhv edib.

Onun qeyd etdiyinə görə, təəssüf ki, dövlət yaranan vəziyyətdə qohumlara heç cür yardım edə bilməyəcək.

Avstriyanın milli bankında isə korlanmış əskinasları yeniləri ilə dəyişməyə hazır olduqlarını bəyan ediblər.

“Əgər qohumlar pulların parçalanmış hissələrini taparaq onları təqdim edə bilsələr, o zaman bu pullar sözsüz ki, dəyişdiriləcək”, - bankın nümayəndəsi Fridrix Hammerşmit izah edib.

Aktual.az

Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR