Bakının Pirallahı qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəbə sakini İsmayıl Abbasovun 417 manat nağd pulu, sənədi və hesabında 540 manat olan bankomat kartı olan pul kisəsi itib.
Araşdırmalar zamanı pul kisəsinin qəsəbə sakini Aygün Əliyeva tərəfindən oğurlanması və kartın hesabında olan 540 manatın çıxarılması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.