Son zamanlar azərbaycanlı qadın idmançılar sosial şəbəkələrdə maraqlı videoları ilə diqqət çəkirlər.
Aktual.az AzNews.az-a istinadla xanım idmançılarımızın gündəlik həyatından çəkilmiş bəzi videoları, onların maraqlı “tryuk”larını təqdim edir:
Taekvondo üzrə Avropa və dünya çempionu, tanınmış idmançımız Fəridə Əzizova boksda da məharətini göstərir.
Xanımlardan ibarən futbol üzrə milli komandanın üzvü Sevinc Cəfərovaməharətini təkcə topla sərgiləmir. Onun məşq zalında etdiyi hərəkətlər doğrudan da izləyicilərdə təəccüb doğurur.
Qadın güləşi üzrə 3 qat olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu Mariya Stadnik də maraqlı videoları ilə diqqət çəkir. Onun videoları daha çox ailəsi və övladları ilə bağlı olur.
Parataekvondo üzrə 3 qat dünya çempionu Aynur Məmmədova məşq zalında bu dəfə ayaqlarını işə salmayıb. O “ştanq” qaldıraraq daha bir hünərini sərgiləyib.