Qadın gözlərindən doğulur gecə... - ŞEİR

Qadın gözlərindən doğulur gecə...  - ŞEİR

İbrahim RÜSTƏMLİ

Kədərli nəğmə

Qurumuş budaqda təzə-tər yuva,-

Göylərə açılan körpə bir ovuc...
Gecdi sevilmək də, sevmək də daha...
Nifrəti də qorxunc, eşqi də qorxunc,
Bəndəsiz Tanrı tək ömürdən doyan,
Dərə aşa-aşa, dağ keçə-keçə,
Yarəb, bir kimsəyə Vətən olmayan,
Qadın gözlərindən doğulur gecə...


Varmı can yandırıb, ruh sevindirən!?
Gəldi ayrılıq da, vüsal da gəldi!
O çılpaq bədənə qonub can verən
Payız gözəllikdən keçinən əldi...
Yarəb, o ümidi göyündən üzmə,
Ömür də göyçəkdi, ölüm də göyçək...
Daha bu dənizdə adımı gəzmə,
Bu yorğun nəğmənin son təsəlli tək
Torpağın üstünə düşən şəklini
Dərviş ağaclara büküb örtdülər.
Anamın sahibsiz örpəyi kimi
Yarpaqlar harasa küsüb getdilər...

Xəbər 1197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR