Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir
Yarışın dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcəsində qadın güləşçilər mübarizə aparıblar.
Aktual.az-ın "azərtac”-a istinadən xəbərinə görə, qadın güləşçilərimiz çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Turnirdə 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova Almaniya, Polşa və Moldovadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra finala yüksəlib. Finalda güləşçimizin rəqibi Ukrayna idmançısı olub. Gərgin keçən qarşılaşma rəqibin xeyrinə başa çatıb və idmançımız çempionatın gümüş medalına sahib olub.
Digər təmsilçimiz Alyona Kolesnik (58 kq) yarışda Polşa və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, yarımfinalda təcrübəli Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Fransa təmsilçisinə tam üstünlüklə qalib gəlib.
Aktual.az Xəbər 460 dəfə oxunub.