7-8 iyun 2014-cü il tarixdə Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Belarusun "Stayki" Olimpiya İdman Kompleksində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışını başa vuran qadın güləşi yığmamız turnirdə iştirak edəcək.
Yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz - Mariya Stadnik, İrina Netreba və Nadya Sementsova qüvvəsini sınayacaqlar.(Trend)
Aktual.az