Samux rayonunda 37 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Aslan qızı Allahverdiyeva əri tərəfindən ailə münaqişəsi zamanı döyülüb.
Müxtəlif dərəcəli xəsarətləri alan qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az Xəbər 677 dəfə oxunub.