Prezident sərəncam imzaladı.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin oktyabrın 22-də-də imzaladığı sərəncamla Qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanunda dəyişiklik edilib.
Aktual.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında qanunun 6-cı maddəsi üzrə ikinci hissənin ikinci abzası çıxarılıb və üçüncü-on ikinci abzaslar müvafiq olaraq ikinci-on birinci abzaslar hesab edilib və aşağıdakı məzmunda beşinci hissə əlavə edilib.
Beləliklə, qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər.
Eləcə də, 11-ci maddənin birinci hissəsinin altıncı abzasında “, lakin ən çoxu üç ay müddətində müvəqqəti yerləşdirmə məntəqəsində verilmiş yaşayış yerindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək” sözləri “onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq” sözləri ilə əvəz edilib.
Aktual.az