Qaçqınları aparan qayıq batdı - 11 ölü

Qaçqınları aparan qayıq batdı   - 11 ölü
  • DÜNYA

Türkiyənin Aydın əyalətinin Kuşadası rayonundan Yunanıstana keçmək istəyən qaçqınları aparan qayığın batması nəticəsində 3-ü uşaq olmaqla,11 nəfər həyatını itirib.

Aktual.az Report-a istinadən xəbər verir ki, 7 qaçqını isə Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları xilas edib.

Xilas edilənlər Kuşadasındakı dövlət xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, BMT-nin dekabrın 21-nə olan məlumatına görə, Avropaya sığınan qaçqın və miqrantların ümumi sayı 1 milyon 5 min 504 nəfər olub. Onların çoxu (816 752 nəfər) dəniz yolu vasitəsilə Yunanıstandan Avropaya gəlib. 

Aktual.az

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR