"Azərbaycanın Misirdəki səfirliyi qaçırılmış Misir təyyarəsinin göyərtəsində azərbaycanlıların olub-olmamasını araşdırır".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu diplomatik missiyadan deyiblər.
Xatırladaq ki, EgyptAir aviaşirkətinin A-320 sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən səhər saatlarında qaçırılıb.
А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. 4 əcnəbidən savayı digər sərnişinlər qaçırılan А-320 təyyarəsini tərk ediblər.
Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.