Bakıda ağır yol qəzası olub, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Aktual.az Daxili İşlər Mazirliyinə istinadən xəbər verir ki, sentyabrın 1-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi həmyerlisi Pərviz Hadıyevə məxsus “Priora” və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi “Man” markalı avtomobillər toqquşub.
Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
P.Hadıyev 14-cü PB-yə ərizə ilə müraciət edərək “Priora” markalı avtomobilinin qaçırılmasını bildirib.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.