"Putinlə görüşməyə hazıram..." - Ərdoğan

  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu təsdiqləyib.

APA-nın "lenta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidentinin saytında məlumat yayılıb. Türkiyə və Qazaxıstan prezidentləri ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, aktual regional və beynəlxalq məsələlər, Suriyadakı böhranlı vəziyyət və Rusiyaya məxsus "Su24" təyyarəsinin vurulması ətrafında yaranan insidentlə bağlı fikir mübadiləsi aparıblar.

N. Nazarbayev rəsmi Ankara və Moskvanın münasibətlərin daha da gərginləşməməsi üçün tədbir görəcəklərinə ümid etdiyini bildirib.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR