Putinin xüsusi nümayəndəsi yayılan danışıqların stenoqramını feyk adlandırıb

Putinin xüsusi nümayəndəsi yayılan danışıqların stenoqramını feyk adlandırıb
  • DÜNYA

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev "Bloomberg"in yaydığı məlumatı feyk adlandırıb.
Aktual.az xəbər verir ki, Dmitriyev Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovla onun telefon danışığının saxta olduğunu bildirib.
"Sülhə nə qədər yaxınlaşsaq, müharibəni qızışdıranlar bir o qədər çarəsizləşirlər”, - Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, "Bloomberg” agentliyi Uşakovla Dmitriyev arasında telefon danışığının stenoqramını dərc edib. Həmin danışıq zamanı Kreml rəsmilərinin Ukrayna ilə bağlı planın hazırlığını müzakirə etdiyi qeyd olunub. Bundan başqa agentlik Uşakovla Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasındakı telefon danışığının stenoqramını da dərc edib.


Xəbər 58 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR