Rusiya prezidenti Vladimir Putinin sərvəti açıqlanıb.
Məşhur “Celebritynetworth” internet saytı Vladimir Putinin 70 milyard dollar sərvətə sahib olduğunu iddia edir.
Məlumatda qeyd olunub ki, Rusiya prezidenti hazırda dünyanın ən varlı iki şəxsindən biridir. Putini dünyanın ən zənginləri siyahısında “Microsoft” yaradıcısı Bil Qeyts qabaqlayır.
Bildirilir ki, atası hərbçi, anası fabrik işçisi olan Putin komunizimin çökməsi ilə “Qazprom”un 4,5 hissəsinin sahibi olub. Eyni zamanda “Surqut” neft-qaz adlı şirkətin də 50 faizinin sahibinin Pultin olduğu iddia edilir.
Qeyd edək ki, “Qazprom” illik gəliri 100 milyard dollardır. Həmin şirkətin 4,5 hissəsinə sahib olmaq isə hər il milyardlarla dollar gəlir əldə etmək deməkdir.
Putin, həmçinin ölkə xaricindəki şirkətlərdə də pay sahibdir. Belə ki, Rusiya prezidentinin İsveçrənin məşhur neft şirkəti “Quvnor”-un müəyyən hissəsinə sahib olduğu iddia edilir.
Rusiya liderinin bahalı saatlara maraq göstərdiyi diqqət çəkir. Onun istifadə etdiyi “Philippe Patek” markalı saatlardan ibarət kolleksiyasının ümumi dəyərinin 700 min dollar oldğu bildirilir.
Məlumatda qeyd olunub ki, Putin 40 milyon dollarlıq dəbdəbli yaxtaya sahibdir. Həmçinin Rusiya prezidentinin öz ölkəsi daxilində 20 villası var. Bunlardan biri isə tarixi əhəmiyyətli qaladır. Həmin mülkün qiymətinin 1 milyar dollardan çox olduğu iddia edilir.
Rəsmi rəqəmlərə görə, illik qazancı 187 min dollar olan Putinin 500 min dollarlıq sərvətə sahib olduğu da yayılan məlumatda yer alıb. Putinin sərvətinin İsveçrə banklarında saxlandığı qeyd olunur.//Azvision.az