Putinin nüvə təhdidlərinə AB-dən cavab

Putinin nüvə təhdidlərinə AB-dən cavab
  • DÜNYA

Vladimir Putinin nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadə ilə bağlı yeni hədələri onun məsuliyyətsiz davranışının bir daha sübutudur və AB-nin Ukraynaya davamlı dəstəyi ilə bağlı mövqeyini dəyişməyəcək.
Aktual.az xəbər verir ki, bunu AB nümayəndəsi Peter Stano bildirib.
Onun sözlərinə görə, Putin nüvə kartından ilk dəfə deyil istifadə edir.
"Bu, Putinin çox məsuliyyətsiz və qəbuledilməz davranışının davamıdır və BMT Baş Assambleyasının keçirildiyi vaxtda bütün dünyaya özünün əsl üzünü göstərirdi. Biz, əlbəttə ki, bu təhdidləri qəti şəkildə rədd edirik. Avropa Birliyinin mövqeyi dəyişməz olaraq qalır”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ölkənin nüvə doktrinasına dəyişiklik ediləcəyini açıqlayıb.
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR