Putinin köməkçisi öldü

Putinin köməkçisi öldü
  • DÜNYA

Rusiya prezidentinin işlər üzrə idarəsinin mətbuat katibi Viktor Xrekov 61 yaşında vəfat edib.

Bu barədə “Danışır Moskva” radiosunun direktoru Vladimir Mamontov məlumat yayıb.

Məlumata görə, Xrekov ölümündən öncə əməliyyat olub. Lakin onun ölüm səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib. Qeyd edək ki, Viktor Xrekov 1954-cü ildə anadan olub. 1976-1992-ci illərdə TASS informasiya agentliyində redaktor, tərcüməçi və müxbir vəzifələrində çalışıb. O, 1999-cu ildən prezidentin işlər üzrə idarəsinin mətbuat katibi vəzifəsində çalışıb.(axar.az)

Aktual.az

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR