Putinin keçmiş xanımı ailə qurdu – İkinci dəfə

Putinin keçmiş xanımı ailə qurdu   – İkinci dəfə
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putina ikinci dəfə ailə qurub.

Aktual.az AzNews.az-a  istinadən xəbər verir ki, Lyudmila Şəxsiyyətlərarası Kommunikasiyanın İnkişaf Məzkəzi Fondunun 37 yaşlı rəhbəri Artur Oçeretnıy ilə ailə qurub. 



Qeyd edək ki, Lyudmila bir neçə ildir ki, Oçeretnıyın rəhbərlik etdiyi fonda himayədarlıq edir. Məlum olub ki, Lyudmila Oçeretnıy soyadı ilə yeni pasportunu ötən il fevralın 2-də Moskva Federal Miqrasiya Xidməti İdarəsində alıb. 

Belə ki, Rusiya prezidentinin keçmiş həyat yoldaşının daşınmaz əmlakı ilə bağlı jurnalist araşdırması aparan qəzet Lyudmila Putinadan bacısı Olqa Tsomayevaya ötürülən mənzilin ötən il avqustun 24-də Lyudmila Oçeretnıy adına keçdiyini öyrənib. Araşdırma zamanı həmin qadının ata adı, doğum tarixi və yerinin Lyudmila Putina ilə üst-üstə düşdüyünü aşkarlayıb.

Xatırladaq ki, Vladimir və Lyudmila Putinlər 2013-cü ildə 30 illik evlilikdən sonra boşandıqlarını elan ediblər.

Xəbər 781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR