Putinin katibinə 620 minlik saat hədiyyə edildi – FOTO

Putinin katibinə 620 minlik saat hədiyyə edildi –   FOTO
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun fiqurlu konkisürmə üzrə olimpiya çempionu Tatyana Navka ilə avqustun 1-də baş tutan toyu Rusiya KİV-də ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. 

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bunun səbəbi isə dəyəri Richard Mille şirkətindən 620 min dollar olan “RM 52–01” adlı saatdır.  

Rusiya blogerlərinin yazdığına görə, saatın dəyəri Putinin mətbuat katibinin 4 illik gəlirinə bərabərdir. 

Digər tərəfdən isə Rusiya qanunvericiliyinə görə, dövlət qulluqçusu belə hədiyyə almağa (3000 rubldan çox dəyəri olan hədiyyə) hüququ yoxdur və əgər belə hədiyyə alıblarsa da onu təhvil verməli və hədiyyənin real qiymətini - bu halda 620 min ödədikdən sonra almalıdırlar.

Peskov özü “Exo Moskvı” nəşrinə verdiyi müsahibəsində bildirib ki, saat ona gələcək arvadı tərəfindən hədiyyə edilib. Bununla yanaşı mətbuat katibi qeyd edib ki, belə saat almağa özünə icazə verə bilməzdi. 

Öz növbəsində Tatyana Navka “Komsomolskaya pravda”ya verdiyi müsahibəsində bu saatı ərinə bağışladığını təsdiqləyib.

“Mən olimpiya çempionuyam. Çox işləyirəm, o cümlədən də bütün yayı. Və əlbəttə, öz əməyimlə qazanıram, gözəl hədiyyə etməyi özümə icazə verə bilərəm”, - Navka deyib. Bununla yanaşı qeyd edib ki, blogerlərin saata söylədikləri qiymət həqiqətə uyğun deyil. 

Navka həmçinin hədiyyənin internetdə müzakirə mövzusuna çevrilməsinə də təəccübləndi. “Niyə... olimpiya çempionu Yevgeni Plyuşenko arvadına toy münasibətilə bahalı üzük bağışlaya bilər, digər olimpiya çempionu isə ərinə bahalı hədiyyə edə bilməz?” – o qeyd edib. 

Avqustun 1-də şənbə günü Tatyana Navka Dmitri Peskova ərə gedib. Mərasim Soçidə ən prestijli Rodina Grand Hotel & SPA otelində baş tutub. Gözlənildiyi kimi şənlik iki gün davam edib.

 
Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR