Pakistan Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdini pisləyir.
Aktual.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif X səhifəsində yazıb.
"Bu iyrənc akt, xüsusilə sülhə nail olmaq üçün səy göstərildiyi bir vaxtda sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhlükə yaradır”, - o bildirib.
Şərif Pakistanın Rusiya prezidenti, hökuməti və xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 29-u Ukrayna ordusunun dronlardan istifadə edərək Putinin iqamətgahına hücum etdiyi iddia edilib.
Ukrayna lideri Zelenski bu iddiaları təkzib edib.
Xəbər 66 dəfə oxunub.