Putinin general dostu maşında ölü tapıldı – FOTO

Putinin general dostu maşında ölü tapıldı – FOTO
  • DÜNYA

"Rosneft”in prezidenti İqor Seçinin sağ əli hesab olunan Oleq Erovinkin Moskvanın mərkəzində maşınında ölü tapılıb.

Aktual.az  AzVision.az-a istinadən xəbər verir ki, "Rosneft”in mətbuat katibi Mixail Leontiev bildirib ki, Erovinkin ürək tutumasından vəfat edib.

Qeyd edək ki, Oleq 1980-94-ci illərdə dövlət təhlükəsizlik orqanlarında işləyib, general rütbəsi alıb. O, Boris Yeltsinin dövründə yüksək vəzifələrdə işləyib, kadrlar idarəsinə rəhbərlik edib.

2008-ci ilə qədər ehtiyatda olan general Rusiya prezidentinin informasiya və sənəd təminat idarəsinin rəis müavini vəzifəsində çalışıb. Baş nazirin müavini olduqdan sonra prezident Vladimir Putinin əmri ilə "Rosneft”də idarələrindən birinin aparatına rəhbər təyin edilib. O, Putinə ən yaxın kadrlardan hesab olunur. Hətta onun Putinlə yaxın münasibətlərinin olduğu deyilirdi.
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR