Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana yeni səfir təyin edib.
Aktual.az xəbər verir ki, 1959-cu ildə anadan olan Yevdokimov 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.
1996-1997-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentində şöbə rəisi vəzifəsində çalışıb. 1997-2001-ci illərdə Rusiyanın BMT-dəki və Cenevrədəki Daimi Nümayəndəliyində baş məsləhətçi işləyib.
Mixail Yevdokimov 2011-ci ildə XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru işləyib və MDB-də (MDB, KTMT, Aİİ) çoxtərəfli əməkdaşlıq məsələlərinə nəzarət edib.
2019-cu ildən 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini alıb.
İngilis və fransız dillərini bilir.
Xəbər 220 dəfə oxunub.