Putinin Avropa ilə döyüşə hazır olması... - NATO

Putinin Avropa ilə döyüşə hazır olması... - NATO
  • DÜNYA

NATO hesab edir ki, Putin Avropa ilə döyüşməyə hazır olması barədə danışarkən blef edir.
Aktual.az xəbər verir ki, bunu "Yevropeyskaya pravda”ya açıqlamasında NATO rəsmilərindən biri deyib.
"Putin müharibəyə hazır olduğunu deyə bilər. Amma Putin nəsə deyəndə, çox vaxt yalan çıxır. NATO Rusiyanın hərbi imkanlarını ayıq başla qiymətləndirir və onları kifayət qədər yüksək hesab edir, lakin bu, blokun Putinin bu cür açıqlamalarına münasibətini dəyişmir. O, hazır deyil. Əlbəttə ki, bu, Rusiyanın Avropanın siyasi arxitekturasını dəyişdirmək istəyinin olmadığı anlamına gəlmir. Səbəb odur ki, o, NATO-nun özünü müdafiə edəcəyini bilir və üstəlik, döyüşmək qabiliyyəti olsa belə, qalib gələ bilməyəcək", - NATO rəsmisi bildirib.
Xəbər 72 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR