Putinə etibar etmək olmaz, ona görə də Ukrayna müharibədən güclü çıxmalıdır.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Putinə etibar etmək olarmı? Yox! Bizə qarşı vuruşurlar, öldürürlər. Putinin varisinə etibar etmək olarmı? Əminəm ki, yox. Amma qaçış yoxdur. Biz yaşayırıq və Rusiya ilə uzun bir sərhədimiz var. Ona görə də Ukrayna bu müharibədən çox güclü çıxmalıdır. Güclü olmaq, müstəqil olmaq deməkdir. İstər Putin, istər Putin Rusiyası, istərsə də qeyri-Putin Rusiyası yenidən Ukraynaya təcavüzlə gəlmək istəyir. Ukraynanın güclü mövqeyi bu müharibədən çıxış yoludur. Bu, aydın bir anlayışdır - NATO və AB", - Zelenski qeyd edib.
Xəbər 60 dəfə oxunub.