Putindən MÜHÜM XƏBƏRDARLIQ

Putindən MÜHÜM XƏBƏRDARLIQ

Rusiya Prezidenti Vladimir Putin İrandakı müharibənin qlobal enerji bazarlarına və neft-qaz nəqlinə birbaşa təsir etdiyini bildirib.
Aktual.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə Hörmüz boğazında yaranan böhran dünya enerji təchizatında ciddi problemlər yaradıb.
Putin qeyd edib ki, baş verən hadisələr təkcə regional deyil, qlobal iqtisadiyyata da təsir göstərir. O bildirib ki, bu şəraitdə Rusiyanın logistika və enerji marşrutları alternativ kimi ön plana çıxa bilər və tərəfdaş ölkələr üçün yeni imkanlar yarada bilər. Rusiya liderinin sözlərinə görə, bu marşrutlar həm iqtisadi baxımdan, həm də qlobal nəqliyyat axınlarının şaxələndirilməsi baxımından faydalı ola bilər.
Ekspertlər hesab edir ki, İran ətrafında baş verən müharibə və xüsusilə Hörmüz boğazında yaranan böhran qlobal enerji axınını ciddi şəkildə pozub. 
Bildirilir ki, dünya neftinin təxminən beşdə biri məhz bu marşrut vasitəsilə daşınır və bu marşrutda yaranan hər hansı fasilə dünya bazarında qiymətlərin artmasına səbəb olur.
Avropa Birliyi də müharibədən sonra neft və qaz qiymətlərində ciddi artım müşahidə olunduğunu və qısa müddətdə qiymətlərin sabitləşməsinin çətin olacağını açıqlayıb.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana hərbi hücum edib, İran isə regionda ABŞ bazalarının yerləşdiyi ərazilər də daxil olmaqla bir sıra hədəflərə zərbələr endirməklə cavab verib.
Ekspertlər xəbərdarlıq edirlər ki, enerji təchizatında yaranan fasilələr təsir gücünə görə 1970-ci illərin neft böhranına bənzər qlobal iqtisadi sarsıntıya səbəb ola bilər./nocomment
Xəbər 38 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR