Putindən Ərdoğana xəbərdarlıq – Ciddi fəsadlar olacaq

Putindən  Ərdoğana xəbərdarlıq   – Ciddi fəsadlar olacaq
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin Suriyada vurulan “Su-24” tipli təyyarə olayı ilə bağlı Türkiyəyə xəbərdarlıq edib.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

“Biz olanları analiz edəcəyik və bu faciənin Rusiya-Türkiyə münasibətləri də daxil olmaqla, ciddi fəsadları olacaq. Bilmirəm bu gün baş verənlər kimə lazım idi, lakin bizə yox. Və dərhal bizimlə əlaqə saxlamaq əvəzinə, Türkiyə tərəfi bu insidenti müzakirə etmək məqsədilə NATO üzrə tərəfdaşlarına müraciət etdi. Sanki biz türklərin təyyarəsini vurmuşuq, onlar bizim yox. Onlar NATO-nun İŞİD-ə xidmət etməsini istəyirlər?”, - deyə Putin bildirib.


Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.

Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər. Son məlumatlara görə, hər iki pilot həlak olub.

Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR