Rusiya dövlət başçısı Vladimir Putin Asiya-Sakit Okean regionu ölkələrinə enerji tədarükü ilə bağlı danışıqların başlanılması üçün təlimat verib.
Bu barədə Kreml açıqlama yayıb.
“Putin Asiya-Sakit Okean regionu ölkələrinə enerji tədarükünün həyata keçirilməsi üçün hökumətlərarası komissiyanın yaradılması ilə bağlı əmr verdi. Təlimatda hətta “enerji körpü”lərinin inşa edilməsi də vurğulanıb. Rusiya lideri hazırlıq proseslərinin 1 dekabra qədər yekunlaşmasını tələb edib”, - açıqlama bildirilib. //Axar.az