Putin özünün və Medvedyevin maaşını azaltdı

Putin özünün və Medvedyevin maaşını azaltdı
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putinin imzaladığı sərəncama əsasən ölkə başçısı, baş nazir və müxtəlif dövlət strukturlarında çalışın işçilərin əmək haqlarının 10% azaldılması barədə qərar 2016-cı ildə də qüvvədə qalacaq.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mart ayının birindən etibarən öz maaşını 10% azaldıb. Elə həmin vaxt Putin Kreml Administrasiyasında maaşların azaldılması barədə qərar qəbul edib.

Rusiya Dövlət Dumasının cari ilin dövlət büdcəsinin tənzimlənməsi üçün deputatların maaşlarının azaldılması ilə bağlı Putinə müraciət edəcəyi gözlənilir.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR