Rusiyanın yenidən hücum edəcəyi təqdirdə tərəfdaşlarımızın buna necə reaksiya verəcəyi hələ də bəlli deyil.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna sülh müqaviləsi imzalanacağı təqdirdə hansı təhlükəsizlik zəmanətlərini alacağını aydın şəkildə başa düşməlidir:
"Mən konkret cavab istəyirəm: Putin yenə gələrsə, tərəfdaşlarımız nə etməyə hazırdırlar? Və düşünürəm ki, ukraynalılar məhz bunu eşitmək istəyirlər. Onlar sadəcə eşitmək istəyirlər. Bağışlayın, bu təzyiq deyil – bu, başa düşmək üçündür".
Zelenski bildirib ki, danışıqlar komandası təhlükəsizlik zəmanətləri layihəsini hazırlayıblar, lakin ABŞ hələ də sənədi imzalamır:
"Vaşinqton əvvəlcə istəyir ki, Rusiya və Ukrayna ümumu sülh razılaşması əldə etsin”.
Xəbər 74 dəfə oxunub.