Rusiya Prezidenti Vladimir Putin yazıçı Aleksandr Proxanovun qalmaqallı "Lemner” romanını oxuyub və kitab onun xoşuna gəlməyib.
Aktual.az xəbər verir ki, bu barədə "Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbəyə istinadla məlumat yayıb.
"Romanda Vladimir Vladimiroviçin təriflədiyi bəzi hissələr var. Məsələn, o, romandakı xainin - məşhur Priqojinin ("Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri) prototipinin ölümünü bəyənib. Amma ümumilikdə yazıçının prezidenti təsvir etmə tərzi iyrəncdir. Və xəyanətə yaxındır. Üstəlik, Proxanov nədənsə Puşkini lağa qoyub, belə bir şey ola bilərmi?”, - mənbə bildirib.
Onun sözlərinə görə, Putin başqalarının da bir daha belə iyrənc şeylər yazmaması üçün Proxanovu daha sərt şəkildə cəzalandırmaq istəyib:
"Lakin ətrafındakılar Putini yazıçıya toxunmamağa razı sala biliblər. Onlar deyiblər ki, Proxanovun 87 yaşı var, qocalıb və tezliklə öləcək. Vladimir Vladimiroviç də hələlik Proxanovu rahat buraxmağa razı olub. Amma şəxsən mən onun cəza ideyasına qayıtmayacağına əmin deyiləm”.
Xəbər 947 dəfə oxunub.