ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin yeni dünya nizamı formalaşdırmağa çalışırlar və Avropa Birliyinə o qədər də rəğbət bəsləmirlər.
Aktual.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət televiziyasına müsahibəsində deyib.
"Avropa Birliyinin Tramp və Putin görüşünün baş tutmaması üçün əlindən gələni edəcəyinə də heç bir şübhə yoxdur. İki ölkənin də lideri siyasi, iqtisadi və enerji baxımından dünyanın yeni xəritəsini yaratmaq istəyirlər. Mən inanmıram ki, onlar yalnız Ukraynanı müzakirə edirlər. İstənilən halda, onlar öz planlarını qururlar. Arktika, Berinq boğazı vasitəsilə əlaqə haqqında, nadir metallar, xammal, neft, qaz və gələcəkdə digər məsələlər barədə danışıqlar gedir” - Vuçiç bildirib.
Xəbər 80 dəfə oxunub.