Putin və Obama hər şeydən öncə Suriya və Ukraynanı müzakirə ediblər.
Oxu.AzTASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Peskov qeyd edib ki, görüş yaxşı keçib, “iş davam edəcək”.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, görüş planlaşdırıldığından uzun sürüb, sonda liderlər təkbətək danışıblar.