Rusiya Prezidenti Vladimir Putinlə Suriya lideri Əhməd əş-Şara arasında danışıqlar zamanı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası məsələsi qaldırılmayıb.
Aktual.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
"Xeyr, bu müzakirə olunmayıb. Danışıqlar əsasən ikitərəfli ticarət-iqtisadi münasibətlər və onların inkişafına həsr olunmuşdu. Potensial kifayət qədər genişdir və maraq qarşılıqlıdır”, - o bildirib.
Xəbər 46 dəfə oxunub.