Putin üçün xüsusi tribunal yaradılır - AŞPA

Putin üçün xüsusi tribunal yaradılır - AŞPA

AŞPA Ukraynada hərbi cinayətlərə görə Prezident Vladimir Putin və Rusiya hərbi komandanlığı üçün xüsusi tribunalın yaradılması haqqında qətnaməni təsdiqləyib.
Aktual.az  xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.
"Strasburqda keçirilən birgə müzakirələrdən sonra bu gün qəbul edilən üç qətnamədə AŞPA Vladimir Putin və onun generallarını Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb etmək, Rusiyaya qarşı sanksiyaları gücləndirmək və onun Ukraynanın mədəni kimliyini silmək cəhdlərinə qarşı çıxmaq planlarını açıqlayıb”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, xüsusi tribunalın yaradılması Rusiya rəhbərliyini cinayətlərə görə təqib etmək üçün hüquqi baza və siyasi legitimlik baxımından ən yaxşı variantdır:
"Xüsusi tribunal Avropa Şurası ilə Ukrayna arasında razılaşma əsasında yaradılacaq. Niderland nümayəndələri belə bir tribunalın Haaqada keçirilməsini təklif ediblər. AŞPA həmçinin yenidən Rusiyanın aktivlərinin müsadirə olunmasını və Ukrayna üçün beynəlxalq təzminat fonduna köçürülməsini istəyib”.
Parlament Assambleyası əlavə qətnamədə Rusiyaya qarşı mövcud sanksiyalarda boşluqların aradan qaldırılması, yəni "kölgə donanması” gəmilərinin siyahıya salınması və onların hərəkətinin qadağan edilməsi, ixraca nəzarətin gücləndirilməsi və əsas şirkətlərin törəmə şirkətlərinin hərəkətlərinə görə məsuliyyət daşıması yollarını təklif edib.
Üçüncü qətnamədə AŞPA Rusiyanın tarix dərsliklərini yenidən yazmaq, mədəni irsi məhv etmək və uşaqları ruslaşdırmaq kimi Ukraynanın mədəni kimliyini silməklə bağlı sistematik səylərini pisləyib.


Xəbər 146 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR