Rusiya Prezidenti Vladimir Putin Nazirlər Kabinetinin Türkiyə ilə mülki, ticarət və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsinə dair müqaviləyə xitam verilməsi təklifini qəbul edib.
Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.
“Rusiya XİN-ə Türkiyə tərəfinə müvafiq xəbərdarlıq etmək tapşırılır”, - deyə Putinin imzaladığı sərəncamda bildirilir.
Xatırladaq ki, Rusiya – Türkiyə arasında müqavilə 1997-ci ilin dekabrın 15-də imzalanıb.