Putin Türkiyə ilə münasibətlərin pozulmasına təəssüflənir

Putin Türkiyə ilə münasibətlərin pozulmasına təəssüflənir
  • DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Türkiyə arasında yüksək səviyydə olan münasibətlərin itirilməsindən təəssüfləndiyini etiraf edib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Parisdə iqlim sammiti zamanı keçirilən mətbuat konfransında bildirib.

"Mən düşünürəm ki, biz hamımız heyfislənirik və şəxsən mən olduqca təəssüflənirəm, çünki uzun zaman kəsiyində bu münasibətlərin qurulması üçün çox şey etmişəm", - deyə Rusiya lideri bildirib.

"Lakin artıq çoxdan ortaya çıxmış problemlər var, hansı ki, biz türkiyəli tərəfdaşlarımızla dialoq çərçivəsində həll etməyə çalışdıq", - deyə Putin qeyd edib.

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR